AZ

A Seriyası: "İnter" liderliyini möhkəmləndirib, "Napoli" xal itirib

Bakı, 15 yanvar, AZƏRTAC

İtaliya A Seriyasında XVI turdan təxirə salınmış iki oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Napoli" "Parma" ilə qolsuz heç-heçə edib.

Turnir cədvəlinin lideri "İnter" isə evdə "Leççe" ilə qarşılaşıb.

Görüş Milan klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda "İnter" 46 xalla turnir cədvəlinə başçılıq edir.

Neapol təmsilçisi 40 xalla üçüncü yerdədir.

Seçilən
28
1
azertag.az

2Mənbələr