AZ

OPEC cari il üzrə neft tələbatına dair proqnozunu açıqlayıb  

OPEC bu il üzrə qlobal neft tələbatının artım proqnozunu dəyişdirməyib.

AZƏRTAC OPEC-in hesabatına istinadla xəbər verir ki, cari ildə qlobal neft tələbatının ötən illə müqayisədə 1,38 milyon barel artaraq gündəlik 106 milyon 520 min barelə çatacağı gözlənilir.

Qeyri-OECD ölkələrində tələbatın 1,23 milyon barel artaraq sutkalıq 60 milyon 430 min barel, OECD ölkələrində isə 150 min barel artaraq gündəlik 46 milyon 90 barel olacaq.

2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 1,34 milyon barel artaraq sutkada 107 milyon 860 min barel təşkil edəcəyi proqnozlaşdırılır. OECD-yə üzv olmayan ölkələrdə 1,24 milyon barel artımla gündəlik 61 milyon 670 min barelə, OECD ölkələrində isə 100 min barel artımla sutkalıq 46 milyon 190 min barelə çatacağı gözlənilir.

 

Seçilən
29
2
azerbaijan-news.az

3Mənbələr