AZ

Vitse-prezident: Türkiyə silah bazarının qlobal oyunçularından birinə çevrilib  

Türkiyənin hərbi-sənaye kompleksinin məhsulları artıq dünyanın 185 ölkəsinə ixrac olunur. Dövlətimiz silah bazarının qlobal oyunçularından birinə çevrilib və müdafiə məhsullarının dünya üzrə TOP-10 ixracatçısı sırasına daxil olmağı hədəfləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada ölkənin hərbi-sənaye kompleksinin inkişafına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Türkiyə hazırda vaxtilə Ankaraya satmaqdan imtina edilən 250 adda müdafiə təyinatlı məhsulu artıq özü fəal ixrac edir.

Vitse-prezident qeyd edib ki, Türkiyə tarixində ilk dəfə olaraq ötən ilin yekunlarına görə müdafiə məhsullarının ixrac həcmi 10 milyard dollar həddini ötüb ki, bu da “ölkə və xalq üçün qürur mənbəyidir”.

Onun sözlərinə görə, 2028-ci ilədək olan dövr üçün Türkiyənin hərbi-sənaye kompleksinin məqsədi mütəxəssislərin ümumi sayını 158 min nəfər səviyyəsinə çatdırmaqdır. “Sevindirici haldır ki, bu gün Türkiyənin 3,5 mindən çox müdafiə şirkətində çalışan əməkdaşlarının orta yaşı 34 təşkil edir. Əminəm ki, müdafiə və aviasiya sənayesi məhsullarının ixracının artması yalnız peşəkar kadrların mövcudluğu şəraitində mümkündür”, – deyə C.Yılmaz bildirib və hərbi-sənaye kompleksini “müasir çağırışlar fonunda dövlətlərin inkişafı üçün kritik əhəmiyyət daşıyan istiqamət” adlandırıb.

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr