AZ

Qanazlığı yaddaşı və diqqəti zəiflədir  

Qanazlığı bəzi hallarda yaddaş və diqqət problemləri yarada bilər. Bunun səbəbi qanda hemoqlobinin azalması və toxumalara daşınan oksigenin miqdarının aşağı düşməsidir. Beyin isə oksigen çatışmazlığına, xüsusilə həssas orqandır. Nəticə etibarilə xəstələrdə diqqət dağınıqlığı, zehni yorğunluq, unutqanlıq hissi müşahidə olunur, iş qabiliyyəti və konsentrasiya zəifləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı nazirliyin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov bildirib.

O deyib ki, dəmir çatışmazlığı anemiyası bu əlamətlərlə daha sıx əlaqəlidir. B12 vitamini kifayət qədər olmayan anemiyada yaddaş problemləri daha qabarıq özünü büruzə bilər. Fol turşusu çatışmazlığı da sinir sistemi funksiyalarına təsir edir. Bununla yanaşı, bütün yaddaş problemlərini yalnız qanazlığı ilə əlaqələndirmək düzgün deyil. Stres və psixoloji gərginlik oxşar əlamətlər yarada bilər.

“Qanazlığından əziyyət çəkən insanlarda solğun dəri rənginin müşahidə olunması mümkündür. Bu, qanda hemoqlobinin azalması ilə əlaqədardır. Hemoqlobin azaldıqda dərinin çəhrayı tonu zəifləyir. Solğunluq daha çox üz dərisində hiss edilir. Diş ətlərində və göz qapaqlarının iç səthində solğunluq nəzərə çarpır. Lakin üzün solğun olması yalnız qanazlığı demək deyil, yorğunluq, stres və həyəcan da üzün rənginə təsir göstərə bilər. Bu səbəbdən yalnız baxışla “qanazlığı diaqnozu” qoymaq düzgün olmaz. Qanazlığı yalnız laborator qan analizi ilə təsdiqlənməlidir”,- deyə mütəxəssis vurğulayıb.

Seçilən
54
2
azerbaijan-news.az

8Mənbələr