Bakı. Trend:
"Aston Villa"nın hücumçusu Doniell Malen karyerasını İtaliya ASeriyasında davam etdirəcək.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Roma" niderlandlı futbolçununkeçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumatyayıb.
"Canavarlar" Maleni məcburi satılalma bəndi ilə icarəyə götürüb."Roma" İngiltərə klubuna 3 milyon avro icarə haqqı ödəyəcək.Satınalma məbləği isə 25 milyon avrodur.
Qeyd edək ki, "Aston Villa" Doniell Maleni 2025-ci ilin yanvarayında "Borussiya"dan 25 milyon avroya transfer edib. Niderlandmillisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətindəmeydana çıxdığı 29 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə iləyadda qalıb.