AZ

Dekarbonizasiya üzrə yaradılan əlavə dəyər birbaşa milli iqtisadiyyata töhfə verməyə əsaslanır - Nazir müavini

Bakı. Trend:

Dkarbonizasiya üzrə məcburetmə yanaşmasından deyil, daha çoxtəşviqedici mexanizmlərin gücləndirilməsindən istifadə olunmasıməqsədəuyğundur.

Trend xəbərverir ki, bunu energetika nazirinin müavini Elnur SoltanovBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinintəşkilatçılığı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Sammitindəçıxışı zamanı deyib.

Energetika nazirinin müavini Elnur Soltanov Birləşmiş ƏrəbƏmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin təşkilatçılığı iləkeçirilən Əbu-Dabi Dayanıqlılıq Sammitində iştirak edib. Nazirmüavini Sammit çərçivəsində “Dekarbonizasiya üçün konkret addımlar”adlı panel sessiyada çıxış edib.

Elnur Soltanov dekarbonizasiya prosesində COP29-un roluna,Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə və Avropaİttifaqının (Aİ) karbon tutumlu məhsulların idxalına tətbiq etdiyiSərhəddə Karbon Tənzimləmə Mexanizminə (CBAM) dair fikirlərinibölüşüb. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin ədalətli enerji keçidinin təmin edilməsi vədekarbonizasiya tədbirlərinin inkişafı məhdudlaşdırmaması ilə bağlımövqeyinə istinad edərək vurğulayıb ki, bu sahədə məcburetməyanaşmasından deyil, daha çox təşviqedici mexanizmləringücləndirilməsindən istifadə olunması məqsədəuyğundur. ElnurSoltanov Azərbaycanın karbon vergisinə yanaşmasının dekarbonizasiyaüzrə tədbirlərin və bu istiqamətdə çəkilən xərclərin sərhəddədeyil, ölkə daxilində həyata keçirilməsinə, yaradılan əlavə dəyərinisə birbaşa milli iqtisadiyyata töhfə verməsinə əsaslandığınıdiqqətə çatdırıb.

Qeyd edək ki, hökumət, biznes, maliyyə və vətəndaş cəmiyyətinümayəndələrini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi(ADSW) BƏƏ-nin dayanıqlı inkişafı sürətləndirmək üçün qlobalplatformasıdır.

Məqalədə:
Seçilən
70
4
az.trend.az

5Mənbələr