Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya-Afrika üçüncü sammitinin 2026-cı ildə təşkili planlaşdırılır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Namibiyanın beynəlxalq münasibətlər və ticarət naziri Selma Aşipala-Musavvi ilə danışıqlardan sonra açıqlama verib.
Lavrov bildirib ki, Rusiya və Afrika ölkələrinin dövlət başçılarının təşəbbüsü ilə yaradılan Rusiya–Afrika Tərəfdaşlıq Forumu uğurla fəaliyyət göstərir:
“Biz Rusiya-Afrika Tərəfdaşlıq Forumunun fəaliyyətinin uğurlu olması barədə ümumi rəyə gəldik. İkinci nazirlər görüşünün nəticələrini müsbət qiymətləndirdik”, - deyə o vurğulayıb.
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.