GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan və nəzarət şərti ilə azad edilən məşhur aktyor Oktay Kaynarcanın ifadəsi üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.
Kaynarcaya Rabia Karaca tərəfindən səsləndirilən “Murat Gülibrahimoğlu ilə bir-birlərinə qadın hədiyyə edirdilər” sözləri barədə sual verilib. Aktyor bu suala belə cavab verib:
“Murat yaxın dostumdur, lakin fahişəlik kimi cinayətdə vasitəçilik etməyim yalandır.
Bu mərhələdə irəli sürülən ittihamlara cavab verməyi lazımsız hesab edirəm. Məhkəmə Tibb İnstitutunun nəticəsi tezliklə açıqlanacaq. Nəticə çıxan kimi ictimaiyyətlə bölüşəcəyəm. Üstəlik, narkotiklərlə mübarizə mövzusunda iştirak etdiyim konfranslar bunun əyani sübutudur”.
Xatırladaq ki, son günlər türkiyəli məşhurlara qarşı narkotik əməliyyatları keçirilir. İstanbul Baş Prokurorluğu ötən gün Oktay Kaynarca ilə yanaşı Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkayanın da saxlanıldığını açıqlayıb.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.