AZ

Timoşenko: “Rəqibləri təmizləyirlər” VİDEO

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, xanım Timoşenko istintaq tədbirlərinin “asayişlə heç bir əlaqəsi olmadığını” deyib. Siyasətçi özünün “Facebook” səhifəsində bütün gecəni davam edən istintaq tədbirlərinin yanvarın 14-də səhər saatlarında “Batkivşina” partiyasının ofisində yekunlaşdığını təsdiqləyib. Yuliya Timoşenkonun sözlərinə görə, müstəntiqlər onun iş telefonlarını, parlament sənədlərini və şəxsi əmanətlərini müsadirə ediblər. - Asayişlə heç bir əlaqəsi olmayan təcili istintaq hərəkətləri. Dişinə qədər silahlanmış otuzdan çox şəxs heç bir sənəd təqdim etmədən binanı ələ keçirib və əməkdaşları girov götürüb. Sonuncu dəfə Ləyaqət İnqilabı zamanı Yanukoviçin hücumçuları bizə belə soxulmuşdu. Amma o vaxtlar heç olmasa əl buyruqçusu oaln Peçersk məhkəməsindən bir kağız parçası ilə müdaxilələrini ört-basdır edirdilər. İndi heç bu da yox idi”, - Timoşenko bildirib. Axtarışı “kütləvi piar gedişi” adlandıran siyasətçi bütün absurd ittihamları qəti şəkildə rədd etdiyini söyləyib. - Görünür, seçkilər əvvəllər düşünüldüyündən daha yaxındır və kimsə rəqiblərin təmizlənməsinə başlamaq qərarına gəlib”, - “Batkivşina” partiyasının sədri və Ali Radadakı farksiyasının rəhbəri xanım Timoşenko vurğulayıb.

Yuliya Timoşenko da şübhə altına düşdü

Xatırladaq ki, bundan əvəvl Ukraynanın antikorrupsiya orqanları Ali Rada fraksiyalarından birinin lideri tərəfindən korrupsiya pozuntularının aşkarlanması barədə məlumat yaymışdı. “Ukrainska pravda”nın siyasi dairələrindəki mənbələrinin məlumatına görə, şübhə ilə bağlı “Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenkoya məlumat verilib. Eyni zamanda, öz mənbələrinə istinad edən “Obozrevatel” nəşri bu məsələnin Ali Radada səsvermə zamanı qeyri-qanuni müavinət almaqda şübhəli bilinən hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Yuri Kiselin işi ilə bağlı ola biləcəyini yazıb. Nəşrin digər mənbələri isə “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamiyadan söhbət getdiyini ehtimal edirlər.

pic.twitter.com/TqxxDXdzuG

— Newsfeed (@Newsfeed883920) January 14, 2026

Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
130
9
azvision.az

9Mənbələr