Bakı. Trend:
Qanazlığında həqiqətən də solğunluq müşahidə oluna bilər.
Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov açıqlayıb.
Onun sözlərinə görə bu, qanda hemoqlobinin azalması iləəlaqədardır:
“Hemoqlobin azaldıqda dərinin çəhrayı tonu zəifləyir. Solğunluqdaha çox üz dərisində hiss olunur. Diş ətlərində və gözqapaqlarının iç səthində solğunluq nəzərə çarpır. Lakin üzün solğunolması yalnız qanazlığı demək deyil. Bəzi insanların dərisi təbiiolaraq açıq rənglidir”.
Bundan əlavə mütəxəssis ekspert bildirib ki, yorğunluq üzünrənginə təsir göstərə bilər:
“Stress və həyəcan zamanı da solğunluq yaranır. Qan təzyiqininenməsi də üz rəngini dəyişməsinə səbəbdir. Vegetativ sinir sistemireaksiyaları solğunluq yarada bilər. Otağın işıqlandırılması beləinsanın solğun görünməsinə təsir edir. Bu səbəbdən yalnız baxışla“qanazlığı diaqnozu” qoymaq doğru deyil. Qanazlığı yalnız laboratorqan analizi ilə təsdiqlənməlidir”.