AZ

Bu ölkədə dəhşətli qəza: KRAN AŞDI

Taylandda sərnişin qatarına tikinti kranının aşması nəticəsində faciəvi hadisə baş verib.

Doğru.az xəbər verir ki, “Khaosod” qəzetinin məlumatına görə, Banqkokdan Ubon Ratçataniyaya hərəkət edən sərnişin qatarının üzərinə tikinti kranı aşıb. Toqquşma nəticəsində qatar relsdən çıxıb və ərazidə yanğın baş verib.

Qəza zamanı 22 nəfər həyatını itirib, daha 70 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanalara yerləşdirilib.

Hazırda hadisə yerində xilasetmə xidmətləri fəaliyyət göstərir, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, daha əvvəl “Thairath” qəzeti Taylandın Phuket adası yaxınlığında sürət qayığı ilə balıqçı gəmisinin toqquşması nəticəsində 18 yaşlı Rusiya vətəndaşının öldüyünü, 19 turistin isə yaralandığını bildirmişdi.

DOĞRU.AZ

Seçilən
27
1
dogru.az

2Mənbələr