AZ

Qan azlığı qanın laxtalanmasına səbəb olur? - AÇIQLAMA

"Qan azlığı birbaşa olaraq qanın laxtalanma funksiyasını artırmasa da, bu riskin yüksəlməsinə şərait yarada bilər".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov dedi.

Onun sözlərinə görə, qan azlığı zamanı qanın ümumi həcmi azalır.

"Qan həcmi azaldıqda isə laxtalanmaya meyillilik arta bilər. Bu isə xüsusilə laxtalanma riski olan insanlar üçün əlavə təhlükə yaradır. Belə hallarda insanlara daha çox maye qəbul etmək tövsiyə olunur. Maye qəbulu qanın durulaşmasına və laxtalanmaya meyilliliyin azalmasına kömək edir. Bununla belə, laxtalanma riski yalnız şikayətlərə əsasən qiymətləndirilə bilməz. Dəqiq diaqnoz üçün mütləq laborator müayinələr aparılmalıdır", - deyə Nahid Məhərrəmov bildirdi.

Nuriyyə NATİQQIZI

Seçilən
112
1
redaktor.az

2Mənbələr