AZ

Binəqədidə evlər hələ də su içindədir: Niyə tədbir görülmür?

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Bakıda su borusunun partlaması nəticəsində bir neçə evi su basıb, mənzillərə ciddi maddi ziyan dəyib. 

Söhbət Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, dördüncü döngə, Gəmiqayırma küçəsindən gedir. Sözügedən ərazidə su borusunun partlaması nəticəsində həyəti və ətraf məhəllələri su basıb. 

Bu da ərazidə yaşayan sakinlərinin hərəkətini məhdudlaşdırıb. Növbəti dəfə “Cebheinfo.az” – a müraciət edən sakin Xətayə Cəfərova bildirib ki, çıxılmaz vəziyyətdədirlər: 

“Heç bir qurum məsələni həll etməkdə maraqlı deyil. Sadəcə gəlib baxış keçirib, gedirlər. Keçirilən baxış da formal xarakter daşıyır. Başa düşmürlər ki, bu evlərdə azyaşlı uşaqlar da yaşayır. Bu vəziyyət onlara da pis təsir edir. Gəlib baxış keçirən bütün qurumlar məsləni bir- birinin üzərinə atır. 

Yenidən müraciət edirik, “gəlib baxacağıq” deyirlər. Amma heç bir hərəkət yoxdur. Mövcud problem vəziyyətimizi çətinləşdirir, ev bərbad vəziyyətə düşüb. Hərəkət də məhdudlaşıb, yəni çox çətin vəziyyətdir”.

 Məsələ ilə bağlı sorğumuza cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, problemlə bağlı tədbirlər görüləcək: 

“Sözügedən məsələ ilə bağlı məlumat Binəqədi rayon Sukanal İdarəsinə verilib. Əraziyə briqada cəlb edilib, baxış keçirilib. Lazımi tədbirlər görüləcək”. 

Gülər Həsənli 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
136
1
cebheinfo.az

2Mənbələr