AZ

Qonşu ölkədə təcili yardıma hər 9-cu zəng pullu olacaq

Yanvardan etibarən Ermənistanda təcili tibbi yardım xidmətinin göstərilməsi qaydalarında dəyişiklik edilib.  Yeni qaydalara əsasən, hər bir şəxs üçün ildə yalnız 8 təcili yardım çağırışı dövlət hesabına pulsuz olacaq, bundan sonrakı çağırışlar isə ödənişli olacaq. Bu barədə ölkə mətbuatı məlumat yayıb.

Belə ki, 9-cu və sonrakı çağırışların hər biri üçün 10 min dram(44 manat.50 qəpik) ödəniş nəzərdə tutulur.

Donvurma, bıçaqlanma, güllə yaralanması və digər həyati təhlükəli təcili hallar istisna təşkil edir və bu hallarda ödəniş tətbiq olunmayacaq. Tibbi briqadalar ödənişin yerində qəbul edilməsi üçün texniki avadanlıqla təmin olunub.

Gülnar Nazimqızı 

 

Seçilən
7
20
anews.az

10Mənbələr