"Qan azlığı ən çox dəmir çatışmazlığı, fol turşusu və vitamin B12 defisiti ilə bağlıdır".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov bildirdi.
Onun sözlərinə görə, qidalanma çatışmazlıqları insanlarda halsızlıq, yorğunluq, başgicəllənmə və ürək döyüntülərinin artması kimi əlamətlərlə özünü göstərir:
"Xəstələr adətən mənə belə deyirlər: "Həkim, mən yorğunam, mən halsızam, ayağa qalxanda başım fırlanır, ürəyim çırpınır". Bu əlamətlər bəzən digər xəstəliklərlə qarışdırıla bilər, amma vaxtında müraciət olunarsa, problemi tam həll etmək mümkündür. Qan azlığı əməliyyatlar zamanı itirilən qana görə, uşaqlarda sürətli böyümə dövrlərində, hamiləlik zamanı və bəzi genetik xəstəliklər, məsələn talassemiya zamanı da baş verə bilər. Bu hallarda bəzi insanlarda qan mütəmadi ehtiyac yarada bilər".
Nuriyyə NATİQQIZI