AZ

Günay Ağamalının bağçası bağlandı

Deputat Günay Ağamalıya məxsus özəl bağça – “Buta” körpələr evi-uşaq bağçası bağlanıb..

Poliqon xəbər verir ki, bir müddət əvvəl deputatın özəl bağçası fəaliyyətini dayandırmışdı. Bağçanın yenidən fəaliyyət göstərəcəyi gözlənilirdi. Lakin “Buta” fəaliyyətini tamamilə dayandırıb və bağça bağlanıb. Bu barədə İqtisadiyyat.az məlumat əldə edib.

Bağça fəaliyyətini tamamilə dayandırsa da, kommersiya qurumlarının dövlət reyestrində uşaq bağçasının qanuni təmsilçisi ilə bağlı dəyişiklik icra olunub. Belə ki, deputata məxsus körpələr evi-uşaq bağçasının qanuni təmsilçisi vəzifəsinə G.Ağamalının qızı Nigar Həsənova təyin olunub.

“Buta”nın həmişə aktiv olan və mütəmadi paylaşımlar edən İnstaqram səhifəsində də son paylaşımlar 2024-cü ilə aiddir. Sonuncu dəfə bağçaya uşaq qəbulu ilə bağlı məlumat 2024-cü ilin 26 iyun tarixində paylaşılıb.

Xatırladaq ki, “Buta” 2011-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Bağça vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etmədiyinə görə 2013, 2014, 2016, 2021 və 2023-ci illərdə dəfələrlə cərimələnib. (tribuna)

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr