AZ

Medianın sualına Həcinin “atacanı”...

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun vəzifədən azad olunmasının səbəblərindən biri kimi “Ağçiçəyim” mağazalar şəbəkəsindən haqq istəməsi haqda redaksiyamıza daxil olan məlumatın dərcindən sonra bu gün media mövzunu davam etdirib. Yəni “Ağçiçəyim”in “de-yure” sahibi Hacı Ceyhun Əliyevə bu istiqamətdə sorğu ünvanlayıblar.

Sizcə, sahibkar belə bir məlumatı təsdiqləyərmi?

Təxmin etdiyiniz kimi, təsdiqləməyib, həm də ona görə ki, biz vitrinə qoyulan “de-yure” yox, “de-fakto” sahibdən bəhs etmişdik.

Amma “de-yure” sahibin cavabları çox maraqlıdır.

Bir media qurumuna deyib ki, biz 30 ildir bu sahədəyik, belə işlərlə məşğul olsaydıq, çoxdan qabağa getmişdik:

1. Bir sahibkar və iş adamı, həm də “Ağçiçəyim” kimi məşhur brendin yiyəsi “qabağa getdiyini” düşünmür? Dalda qalıb?

2. Hansı işlərlə məşğul olsaydılar “çoxdan qabağa gedərdilər”? Yəni icra başçılarının istədikləri pulu verməsəydilər xeyli pulları olub, qabağa gedərdilər, yoxsa yuxarılara şikayət etsəydilər?

3. Yainki Azərbaycanda yalnız “bu cür işlərlə” qabağa getməyin mümkün olduğuna işarə edir? Elədirmi? Əgər elədirsə, bəs, “Ağçiçəyim” necə qabağa gedib?

Pardon, deyəsən, “Ağçiçəyim”in dalda qaldığını düşünür və bu, bir sahibkar üçün heç də yaxşı piar, təbliğat deyil! Az qalsın deyə ki, adımız çıxıb, özümüz batırıq!

Hörmətli-sayın Hacı Ceyhun Əliyev digər bir yerə açıqlamasında and-amana keçib: “Ata canı, vallah, o məndən rüşvət istəməyib. Mən onun barəsində heç yerə şikayət etməmişəm”.

Ceyhun Əliyev Həcc ziyarətinə gedəndən sonra “hacı” titulunun adının qabağına iri hərflə yazılmasından zövq alan və bunu təbliğ edən bir təfəkkür-düşüncə-ağıl sahibdir. “Həci” gərəkdir ki, belə and içəydi: And olsun adım Həciyə... Yaxud “And olsun getdiyim yerin sahibinə” və s...

Həci də “ata canı” andını içər? Ardınca da bir “vallah”la andını qibləsini müəyyənləşdirər?

Yeri gəlmişkən:

“Ağ Çiçəyim şirkətinin təsisçisi və sahibi Hacı Ceyhun Əliyev” imzası ilə mediada bəzi milli günlərlə bağlı şablon məqalələrin dərc edildiyini internetdə görə bilərsiniz (yəqin ki, “qabağa getmək” üsuli-tətbiqidir), oğluna dəbdəbəli toy etdiyini oxuya bilərsiniz, bir də...

“Yeri gəlmişkən”ə əlavə:

Müğənnilərdən biri musiqiçilər bağında Habil Əliyevə yaxınlaşıb, təşəxxüslə deyir ki, gördün də, mənə “xalq artisti” adı verdilər.

Habil də cavab verir ki:

- Onlar verdilər, bəs, sən hansı üzlə götürdün?

Həci “ata canı” deyə bilər, bəs, media bunu hansı “peşəkarlıq səbəblə” manşetə daşıyır?

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
axar.az

1Mənbələr