AZ

ABŞ-nin İrana müdaxiləsi mümkündürmü? - Ağ Evin əsas məqsədi...

“Amerika İranı yıxmaq istəyirsə, bəs niyə rejimi özü qururdu?!”

Bunu konfliktoloq-politoloq Elmar Vəliyev ABŞ-nin İranda baş verənlərə müdaxilə edəcəyi ilə bağlı deyilənləri Bakıvaxtı.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, 1979-cu ildən bəri davam edən rejimi Amerikanın qurduğu məlumdur. Müsahibimizə görə, əgər Amerikanın belə bir planı varsa, əvvəl etdiyi kimi daxildən edəcək.

E.Vəliyev hesab edir ki, pərdənin arxa tərəfində ssenari fərqlidir. Dediyinə görə, İran Amerika üçün vacib fiqurdur, Birləşmiş Ştatlar onu itirməz təbii ki:

“Onun üzərindən başqa bir proyektini hətata keçirə bilər. Hər şey İsrailin daha da genişlənməsi üçündür”.

Politoloq bildirib ki, Amerikanın məqsədi İslamı dünyada geridə qalmış, insani dəyərləri məhv edən bir din olaraq göstərməkdir:

“Əfqanıstanda da eyni şeyi elədi. Amerika hazırda özünü dünyada nizamı tarazlaya biləcək tək qüvvə kimi göstərməyə çalışır. Venesuelada elədikləri, indi də İranda eləmək istədikləri buna dəlalətdir”.

Elman Vəıiyev: Amerikanın məqsədi İslamı dünyada geridə qalmış, insani dəyərləri məhv edən bir din olaraq göstərməkdir

Həmsöhbətimini fikrincə, ABŞ-nin əsas məqsədi Çin və Avropanı dalana dirəməkdir:

“Ümumi baxış keçirsək görərik ki, Venesuela və İran neft ehtiyarlarına görə öndə gedən dövlətlərdəndir. Onların enerjisini ələ keçirməklə istədiyi dövlətə boyun əydirə biləcəyi fikrindədir. Çox düzgün bir strategiyadır əslində. Çünki enerji dünya əsas rol oynayan amildir. Ona sahib olan “Çempionlar Liqası”nı da götürər”.

Qeyd edək ki, İranda ötən ilin sonundan başlayan etirazlar davam edir. Aksiyalar ölkənin əksər bölgəsinə yayılıb. Etirazlarda ölənlərin sayı artr.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın dialoq çağırışını yarımçıq saxlayaraq “Orada bir nəfər belə ölsə, ABŞ müdaxilə edəcək” deyə rəsmi Tehrana sərt xəbərdarlıq etmişdi. Bu arada Ağ Ev Amerika vətəndaşlarına İrandan çıxmaqla bağlı çağırış edib. Qərb ölkələri də vətəndaşlarını Azərbaycan və Türkiyə üzərindən təxliyəsini tövsiyə edib.

Yeri gəlmişkən, İranın sonuncu şahının oğlu Rza Pəhləvi də ABŞ Prezidenti Donald Trampa müraciət edərək İranda baş verən etirazlar fonunda dəstək istəyib. Onun  sosial şəbəkə üzərindən etdiyi paylaşımda bildirilir ki, Trampın mövcud rejimə yönəlik sərt mövqeyi də hakimiyyətin zorakılıq tətbiq etməsinin qarşısını alıb.

Pəhləvi ABŞ prezidentindən İran xalqına yardım göstərməyə hazır olmasını xahiş edib və Trampı “sülhə sadiq və sözünün sahibi olan lider” kimi xarakterizə edib.

Murad Məmmədli

Seçilən
45
1
bakivaxti.az

2Mənbələr