ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Bakıda anasının qeyri-rəsmi nikahda yaşadığı şəxsi qətlə yetirməkdə təqsirləndiriblən 16 yaşlı Y.Q. hakim qarşısına çıxarılıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs prosesə sədrlik edən hakimə vəsatətinin olduğunu bildirərək, ev dustaqlığına buraxılmasını xahiş edib. Hakimlər yerində müşavirə edərək vəsatəti təmin etməyiblər.
Onun barəsində seçilmiş həbs qərimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Növbəti iclas fevralın 3-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabründa Bakının Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini Emil Əliyevin qətlə yetirilməsi ilə bağlı hüquq-mühavizə orqanlarına məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki,Emil Əliyev qeyri-rəsmi nigahda yaşadığı qadının 16 yaşlı oğlu yərəfindən bıçaqlanaraq qətlə yetirilib. Azyaşlı Y.Q barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Seymur Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.