AZ

Paşinyan: TRIPP layihəsi Ermənistan-Türkiyə dialoqu üçün məntiqi irəliləyişdir

ABŞ ilə İrəvan arasında “Beynəlxalq Sülh və Rifah naminə Trampın İrəli Yolu” (TRIPP) layihəsinin çərçivə sənədinin qəbulundan sonra növbəti mərhələ Ermənistan-Türkiyə müstəvisində inkişaf olmalıdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan bunu IACHR Təhlükəsizlik Forumu çərçivəsində keçirilən “Ermənistan və Sülh: Risklər və Fürsətlərin Kəsişməsində” adlı müzakirədə bildirib.

O vurğulayıb ki, layihə Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün institutlaşdırılması üçün əsas rol oynayır.

Baş nazir qeyd edib ki, İrəvan və Bakı artıq ticarət və iqtisadi sahələrdə gözləniləndən daha böyük addımlar atır və bu proseslər TRIPP çərçivəsində multimodal tranzit əlaqələrinin inkişafına töhfə verir.

“Ermənistan-Azərbaycan ikitərəfli ticarətinin təzahürləri gözləniləndən daha tez baş verib”, –  o bildirib.

Yanvarın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda TRIPP-in həyata keçirilməsi üçün çərçivə sənədini açıqlayıb. Sənəd Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi, Ermənistanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və Transxəzər ticarət marşrutunda mühüm əlaqələr yaradacaq.

TRIPP-in məqsədi regionda təhlükəsizliyi və rifahı gücləndirmək, ticarət və tranzit imkanlarını genişləndirmək, həmçinin Mərkəzi Asiya və Xəzər dənizi vasitəsilə Avropaya yeni ticarət əlaqələri yaratmaqdır.

Gülnar 

Seçilən
47
50
anews.az

10Mənbələr