AZ

Tramp gecə yarısı təhdid etdi: Bu ölkənin cavabı gecikmədi

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-da yerləşən HRANA-nın veb saytında dərc olunan hesabatda İranda artıq 17 gündür davam edən etirazlar barədə məlumat verilir.

Turkustan.az xəbər verir ki, hesabata əsasən, etirazlar nəticəsində ölənlərin sayı 2 550-yə çatıb. Həlak olanların 2 403-ü etirazçı olub, onlardan 12-si 18 yaşdan aşağıdır. Ölənlər arasında 147 təhlükəsizlik qüvvəsi əməkdaşı da var.

Məlumata görə, baş verən hadisələr zamanı 1 134 nəfər yaralanıb, 18 434 nəfər isə saxlanılıb. İran hakimiyyəti etirazlarda ölən və ya yaralananların sayı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Etirazlar fonunda ABŞ prezidenti Donald Tramp CBS News-a verdiyi açıqlamada bildirib ki, İran etirazçıları edam etməyə başlayarsa, ABŞ “çox sərt tədbirlər” görəcək. Tramp eyni zamanda etirazçıları aksiyaları davam etdirməyə çağıraraq, onlara dəstəyin göstəriləcəyini qeyd edib.

Bununla yanaşı, Çin Xarici İşlər Nazirliyi çərşənbə günü Trampın Tehrana qarşı səsləndirdiyi “çox sərt tədbirlər” bəyanatına münasibət bildirib. Nazirliyin sözçüsü Mao Ninq qeyd edib ki, Çin İranın daxili işlərinə xarici müdaxiləyə qarşıdır və beynəlxalq münasibətlərdə güc tətbiqini və ya güc hədəsini dəstəkləmir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
icma.az

2Mənbələr