İranda etiraz hərəkatına qarşı basqılar 2500-dən çox insanın ölümünə səbəb olub.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə “HRANA” insan haqları təşkilatı məlumat yayıb. Təsdiqlənmiş ölüm halları barədə məlumat verən QHT-dən bildirilib ki, 2403 etirazçı və nümayişlərdə iştirak etməyən doqquz nəfər öldürülüb. Təşkilat həmçinin təhlükəsizlik qüvvələrinin 147 üzvünün və hökumət tərəfdarlarının da öldürüldüyünü bəyan edib.
Aydın Baxış