AZ

Ağdərənin Çapar kəndində 23 ev bərpa olunacaq

Bu il ərzində Ağdərə rayonunun Çapar kəndində 23 evin bərpasınəzərdə tutulub

Trend xəbərverir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətləəlaqələr şöbəsinin müdiri Afət Telmanqızı jurnalistlərəaçıqlamasında deyib.

Onun sözlərinə görə, Çaparda 104 fərdi ev mövcud olsa da ,onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır:

"Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 evbərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb".

A.Telmanqızı bildirib ki, sözügedən kənddə sosial məsələlərinhəlli ilə bağlı bir çox iş görülüb:

"Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpaedilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsiyaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxınolan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış parkda sakinlərin istifadəsinə veriləcək".

Qeyd edək ki, Çapar kəndi Ağdərə rayonunun İmarət Qərvənd kəndinzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərqyamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var.Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyatakeçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azadedilib.

Məqalədə:
Seçilən
32
21
az.trend.az

10Mənbələr