AZ

Sabiq icra başçısı “Ağçiçəyim”dən 200 min manat istəyib? - Hacı Ceyhundan açıqlama

Nəsimi rayonunun sabiq icra başçısı Elxan İbrahimovun “Ağçiçəyim” mağazalar şəbəkəsindən 200 min manat rüşvət istədiyinə görə işdən çıxarılması ilə bağlı məlumat yayılıb.


Manset.az məsələni dəqiqləşdirmək üçün “Ağçiçəyim” mağazalar şəbəkəsinin rəhbəri Ceyhun Əliyevlə əlaqə saxlayıb. O, yayılan məlumatların tamamilə yalan olduğunu bildirib:

“Ata canı, vallah, o məndən rüşvət istəməyib. Mən onun barəsində heç yerə şikayət etməmişəm. O, yeni təyin olunmuşdu, bizim onunla heç bir münasibətimiz olmayıb. Bilmirəm bu məlumatı kim və hansı məqsədlə yayıb. Mənim adımı niyə hallandırırlar? Biz elə işlərlə məşğul deyilik. Bu il fəaliyyətimizin 30 ili tamam olur, bu müddətdə nə qədər icra başçısı görmüşük. Biz hər zaman dövlətə sadiq olmuşuq, dövlət tədbirlərinin bəzədilməsində iştirak etmişik. Həmin şəxsin də bizə heç bir pisliyi dəyməyib. Mən nə üçün şikayət etməliyəm?”.

Fotoda Ceyhun Əliyev

Seçilən
21
7
manset.az

8Mənbələr