”Doğuş sancısı ilə məni xəstəxanaya apardılar, vaxtında yardım etmədikləri üçün bətnimdəki uşaq öldü”.
Redaktor.az xəbər verir ki, bunu paytaxt sakini Aytac Vahabova deyib.
Qadın iddia edir ki, ötən ilin oktyabr ayında gecə saatlarında erkən doğuş ağrıları ilə təcili yardım avtomobili ilə Yeni Klinikaya gətirilib. Aytac Vahabova deyir ki, orda onu həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova qəbul edib.
Aytac Vahabova həkim-mama-ginekoloq Sevinc Məmmədovanın ona yardım etməməsini həmin vaxt telefonla da çəkib. Həmin kadrları bizə də təqdim etdi. Kadrlardan da aydın görünür ki, həkim və onun yanında olan tibb bacısı otağı tərk edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.