AZ

Taylandda tikinti kranının qatarın üstünə aşması 22 nəfərin ölümünə səbəb olub

Hərəkətdə olan qatarın üstünə aşan kran ciddi dağıntılara və xəsarətlərə yol açıb...

Poliqon xəbər verir ki, Taylandın şimal-şərqində yerləşən Nakhonratçasima əyalətində tikinti kranının sərnişin qatarının üstünə aşması nəticəsində ən azı 22 nəfər həlak olub, 55 nəfər yaralanıb. Hadisə zamanı qatarın içində 190 sərnişin olduğu bildirilir.

"Khaosod" qəzeti əvvəlcə 10 ölüm və 40 yaralanma barədə məlumat yayıb. Daha sonra ölüm sayı artıb.

Qatar Bangkok-Ubonratçatxani marşrutu üzrə hərəkət edib. Toqquşmadan sonra qatar relsdən çıxıb və yanmağa başlayıb. Hadisə yerinə xilasetmə xidmətləri cəlb olunub və hələ də bloklanan sərnişinləri xilas etmək üçün işlər davam etdirilir.

Poliqon.info

Seçilən
88
poliqon.info

1Mənbələr