ABŞ-nin Prezidenti Donald Trampa məxsus helikopterin hərbi-nəqliyyat təyyarəsi ilə daşınmasın əks etdirən yeni görüntülər yayılıb.
NOCOMMENT.az xəbər verir ki, prezidentin helikopteri ABŞ Hərbi Hava Qüvvələrinə aid C-17 Globemaster III tipli nəhəng hərbi-nəqliyyat təyyarəsi ilə daşınıb.
Qeyd edək ki, görüntülər təhlükəsizlik tədbirləri üçün tətbiq olunan genişmiqyaslı logistik əməliyyatların mürəkkəbliyini bir daha göstərir.
C-17 Globemaster III dünyanın ən iri hərbi yük təyyarələrindən biridir. O, ağır və həcmi böyük texnikanın sürətli daşınması üçün nəzərdə tutulub. Bu imkan sayəsində prezidentin helikopteri istənilən bölgəyə qısa müddətdə çatdırıla bilir.
Kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Videonu təqdim edirik:
Aliyə