AZ

Ağdərənin Çıldıran kəndində bu il əlavə 30 evin bərpası planlaşdırılır

Bakı.Trend:

Çıldıran kəndi, Ağdərə rayonunun eyniadlı inzibati ərazidairəsində yerləşir və uzun müddət işğal altında olub. AzərbaycanSilahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyiantiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.

Trend xəbərverir ki, bunu bu gün Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətləəlaqələr şöbəsinin müdiri Afət Telmanqızı jurnalistlərəaçıqlamasında bildirib.

Qurum rəsmisi bildirib ki, kəndin əsas məşğuliyyəti əvvəllərheyvandarlıq və bitkiçilik olub. Burada məktəb, mədəniyyət evi,kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Kənd ərazisi tarixiabidələrlə zəngindir; XII əsrə aid “Alban məbədi” və XIII əsrə aid“Qırmızı məbəd” memarlıq abidələri kəndin mədəni irsini təşkiledir.

“Hazırda kənddə 177 fərdi ev mövcuddur. Onlardan 69-u yararsız,108-i qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətəgətirilib, bu il isə əlavə 30 evin bərpası planlaşdırılır. İlkmərhələdə kəndə 13 ailə – 48 nəfər qayıdıb.

Bərpa işləri çərçivəsində kənddə 2 transformator, elektrik vəqaz xətləri bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləriçəkilib. Su nasosu istifadəyə verilib, 190 kubmetr həcmindəki suanbarları təmizlənib, subartezian quyusu təmir olunub. Kənddaxiliyolların 8,4 kilometri bərpa edilib və park salınıb.

Kəndin tam bərpası və sakinlərin rahat yaşayışı üçün işlərsürətlə davam edir. Əhalinin qayıdışı və sosial infrastrukturunbərpası prioritet olaraq davam etdirilir”, – deyə Afət Telmanqızıəlavə edib.

Məqalədə:
Seçilən
117
20
az.trend.az

10Mənbələr