Bakı. Trend:
Ziraat Bank Azərbaycan rəqəmsal bankçılıq xidmətlərinin inkişafıistiqamətində növbəti addımını ataraq mobil tətbiqində QR-kodvasitəsilə ödəniş funksiyasını müştərilərinin istifadəsinə təqdimedib.
Yeni xidmət AniPay sistemi çərçivəsində həyata keçirilir vəfiziki şəxs müştərilərə POS-terminallar vasitəsilə daha sürətli,rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş etməyə imkanyaradır.
QR-kodla ödəniş prosesi sadə mexanizm üzərində qurulub.Alış-veriş zamanı müştəri ödənişi QR-kod vasitəsilə həyata keçirməkistədiyini bildirir. Satış nöqtəsində POS-terminalda ödəniş məbləğidaxil edilərək “QR ödəniş” funksiyası seçilir və formalaşdırılmışQR-kod təqdim olunur. Müştəri Ziraat Bank Azərbaycan mobiltətbiqində müvafiq bölməyə daxil olaraq QR-kodu skan edir, ödənişməlumatlarını yoxlayır və cari hesabını, debet və ya kredit kartınıseçməklə əməliyyatı təsdiqləyir. Ödəniş kecdikden sonra əməliyyatPOS-terminal vasitəsilə təsdiqlənir və müştəriyə qəbz təqdimolunur.
Bu yenilik nağdsız ödənişlərin genişləndirilməsinə, gündəlikmaliyyə əməliyyatlarının daha çevik həyata keçirilməsinə və müştəriməmnuniyyətinin artırılmasına xidmət edir. Ziraat Bank Azərbaycanrəqəmsal bankçılıq həllərini davamlı olaraq təkmilləşdirərək müasirvə təhlükəsiz maliyyə xidmətlərinin təqdimatını genişləndirməyihədəfləyir.
Ziraat Bank Azərbaycan ASC, 162 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsulvə xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəyerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalarvasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTubesosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.