ain.az, Redaktor.az portalına istinadən məlumat verir.
Stomatoloq Yana Kuzub həkimə tez müraciət etmək mümkün olmadıqda qopmuş dişi qorumaq üçün ilk yardım tədbirlərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, tövsiyələrini lenta.ru-ya müsahibəsində paylaşıb.
Kuzubun sözlərinə görə, ilk növbədə qopmuş dişi olan şəxsdə ağız boşluğunda güclü qanaxma, çənə sınığı və ya beyin silkələnməsi şübhəsi olmadığından əmin olmaq lazımdır. Əgər bu cür zədələr yoxdursa, ağız boşluğunu qan qalıqlarından təmizləmək üçün təmiz su ilə ehtiyatla yaxalamaq və qopmuş dişi tapmaq tövsiyə olunur.
Həkim xəbərdarlıq edib ki, dişi yalnız ağızda görünən hissəsindən tutmaq olar, kökünə toxunmaq qadağandır. Çünki kök hissəsindəki canlı hüceyrələrin zədələnməsi dişin yenidən yerinə oturub-oturmamasına birbaşa təsir edir.
Əgər diş yerə düşərək çirklənibsə, stomatoloq onu 3–5 saniyə ərzində ilıq su və ya fizioloji məhlulla yüngülcə yaxalamağı məsləhət görüb. Həmçinin dişi öz tüpürcəyi ilə təmizləmək mümkündür, lakin onu sürtmək olmaz.
“Bundan sonra dişi mümkün qədər tez diş ətindəki yuvasına yerləşdirmək lazımdır. Qarşı tərəfdəki simmetrik dişə baxaraq düzgün mövqeyi müəyyən edin. Daha sonra çənələri ehtiyatla bağlayın və təmiz salfeti yüngülcə dişləyin. Dişin təbii mühitdə qalması onun canlılığını qorumaq şansını dəfələrlə artırır”, — deyə Yana Kuzub vurğulayıb.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.