AZ

İsrail Ağ Evdən bunu xahiş etdi Təxirə salın!

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

İsrail rəsmiləri Ağ Evə İrana qarşı potensial hərbi əməliyyatları təxirə salmağı təklif ediblər.

"Unikal" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.  

Kanalın məlumatına görə, "İsrail rəsmiləri Tramp administrasiyasına bildiriblər ki, İranda rejim dəyişikliyini və ABŞ-nin bunu asanlaşdırmaq səylərini tam dəstəkləsələr də, hazırda xarici hərbi müdaxilənin etirazçıların işini bitirməsinə mane ola biləcəyindən narahatdırlar". 

Qeyd olunur ki,  israillilər amerikalılara başqa variantlar da təklif ediblər. Kanalın məlumatına görə, onlar potensial hərəkətlər kimi İranda internet xidmətinin yaxşılaşdırılmasını, iqtisadi sanksiyaları və kiberhücumları göstəriblər.

Daha əvvəl ABŞ prezidenti Donald Trampın hələ İrana qarşı görüləcək tədbirlər barədə qərar vermədiyi bildirilmişdi.

Gülayə Mecid 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
unikal.az

3Mənbələr