Yazını böyüt
Yazını kiçilt
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR ilə “Kamaz” markalı yük avtomobilləri toqquşub.
Qəza zamanı 51 yaşlı M.İsmayılov və həmyaşıdı İ.Mirəliyev xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki zərbənin təsirindən yük avtomobillərinin biri idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.