JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin və “BDU könüllüləri” təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda maarifləndirici təlim təşkil olunub.Təlim zamanı Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi, f.ü.f.d Həbibə Şirinova nanotexnologiyaların elmi əsasları, bu sahənin yaranma tarixi və müasir inkişaf mərhələləri barədə ətraflı məlumat verib. Eyni zamanda nanotexnologiyaların tibb, mühəndislik, elektronika, materialşünaslıq və digər mühüm sahələrdə geniş tətbiq imkanları, eləcə də bu texnologiyaların gələcək perspektivləri müzakirə olunub.Təlimin davamında iştirakçılar BDU-nun “Nanoaraşdırmalar” Elmi-Tədqiqat Laboratoriyasına ekskursiya ediblər. Ekskursiya zamanı laboratoriyada aparılan elmi-tədqiqat işləri, istifadə olunan müasir texnoloji avadanlıqlar, həmçinin elmi araşdırmaların mərhələləri barədə ətraflı məlumat təqdim olunub.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX