AZ

"Əfqanıstandan qoşunların çıxarılması ABŞ tarixinin ən rüsvayçı günü idi" - Tramp

BAKI, 14 yanvar. TELEQRAF

Tramp Bayden dövründə Əfqanıstandan qoşunların çıxarılmasını ABŞ tarixinin ən rüsvayçı günü adlandırıb.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkə tarixində ən rüsvayçı günün sələfi Co Baydenin dövründə Amerika qoşunlarının Əfqanıstandan çıxarılması olduğunu bildirib.

Tramp bu fikirləri Detroyt şəhərində çıxışı zamanı səsləndirib.

“Yuxulu Co Baydeni və Əfqanıstanla bağlı vəziyyəti xatırlayın. Bu, necə bir fəlakət idi. Bu, ölkəmizin tarixində ən rüsvayçı gündür. Məncə, bu, tam səriştəsizlik nümunəsidir”, - deyə ABŞ lideri vurğulayıb.

Seçilən
71
teleqraf.com

1Mənbələr