"Atom Keks" - quru meyvələr, qoz və kök ilə ləzzəti zənginləşdirilmiş, teksturası nəmli qalan və çay saatlarının vazkeçilməzi olan praktik bir keksdir. Bu reseptin ən böyük sirri meyvələrin xəmirin hər tərəfinə bərabər paylanması və dibə çökməməsidir.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Yumurta: 3 ədəd
Şəkər tozu: 1 stəkan
Süt: 1 stəkan
Duru yağ: 1 stəkan
Quru ərik: 7 ədəd (kiçik doğranmış)
Kişmiş: 2 yemək qaşığı
Döyülmüş qoz: 1 çay bardağı
Kök: 1 ədəd (rəndələnmiş)
Qabartma tozu: 1 paket
Vanil: 1 paket
Un: 3 stəkan
Şəkər kirşanı: Üzəri üçün (istəyə bağlı)
Hazırlanma qaydası
Sobanı əvvəlcədən 170°C-yə qədər qızdırın. Keks qəlibini yağlayın.
Quru ərikləri kiçik kublar şəklində doğrayın. Kişmişlər iridirsə, onları da bölün.
Doğranmış quru meyvələri bir qabda az miqdarda unla qarışdırın (unlayın), sonra artıq unu ələklə təmizləyin. Bu, meyvələrin xəmirin dibinə çökməsinin qarşısını alacaq.
Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə ağarana qədər (təxminən 3-4 dəqiqə) çırpın.
Süd və duru yağı əlavə edib qısa müddət daha qarışdırın.
Un, qabartma tozu və vanili ələyərək qarışıma əlavə edin. Xəmir bir az qatı olmalıdır (bu, meyvələri saxlamaq üçün vacibdir).
Rəndələnmiş kökü əlavə edib spatula ilə qarışdırın. Sonda unlanmış quru meyvələri və qozu əlavə edib yüngülcə xəmirə yedirin.
170°C sobada təxminən 50 dəqiqə bişirin. Hazır olduğunu diş çöpü ilə yoxlayın.
Daha yaxşı qabarmaq üçün yumurtaların otaq temperaturunda olmasına diqqət edin.
Qozu xəmirin ən üstünə deyil, bir az içinə qarışdırsanız, bişərkən yanma riskini azaltmış olarsınız.
Lalə Qüdrətova
Milli.Az