AZ

Borussiya dan qələbə, Ayntraxt uduzdu

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Borussiya"dan qələbə, "Ayntraxt" uduzdu

Almaniya Bundesliqasında 17-ci tur başlayıb.

QOL.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

Dortmund “Borussiya”sı “Verder”ə, “Maynts” “Haydenhaym”a, “Ştutqart” isə "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki növbəti rəqibi “Ayntraxt”a qalib gəlib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 44 xalla "Bavariya" (16 oyuna) liderlik edir. Dortmund "Borussiya"sı 36 xalla (17 matça) 2-ci, "Ştutqart" isə 32 xalla (17 oyuna) 3-cüdür.

Almaniya Bundesliqası, 17-ci tur

13 yanvar

"Maynts" - "Haydenhaym" - 2:1

Qollar: Vidmer, 30. Amiri, 49 - Şimmer, 60.

"Borussiya" (Dortmund) - "Verder" - 3:0

Qollar: Şlotterbek, 11. Zabitser, 76. Girassi, 83.

"Ştutqart" - "Ayntraxt" - 3:2

Qollar: Demiroviç, 27. Undav, 35. Narti, 87 - Kristensen, 5. Amaymuni, 80.

"Hamburq" - "Bayer" - Təxirə salınıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
1
qol.az

2Mənbələr