AZ

Hakan Çalhanoğlu yaşıl meydanlardan uzaq qalacaq

İtaliya təmsilçisi "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu yanvar ayının sonuna qədər komandasına kömək edə bilməyəcək.

Azreform.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Türkiyəli oyunçu 2 həftə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 22 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib .

Seçilən
17
2
azreform.info

6Mənbələr