AZ

47 günlük icra başçısının vəzifədən çıxarılma səbəbi bəlli olub

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.

Reyting.az xəbər verir ki, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.

Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur “Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.

Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib.

Ölkə başçısı isə dərhal qərarını verib.

Qeyd edək ki, Elxan İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 12 noyabr sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, dekabrın 29-də isə vəzifəsindən azad olunmuşdu/Axar.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
22
reyting.az

10Mənbələr