“Fənərbağça”nın kişilərdən ibarət basketbol komandası baş məşqçi Şarunas Yasikeviçyusla müqaviləni yeniləyib.
Publika.az klubun rəsmi saytına istinadla xəbər verir ki, litvalı mütəxəssislə 3 illik yeni razılaşma əldə olunub.
Qeyd edək ki, o, 2023-cü ildən İstanbul təmsilçisinə rəhbərlik edir.