AZ

Mətbəxdəki gizli təhlükə: Qab yuyarkən hər gün özümüzü zəhərləyirik?

Gündəlik məişətdə istifadə etdiyimiz qab yuyucu vasitələrin (ağardıcı mayelərin) qorxulu tərəfləri ortaya çıxıb.

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə nə qədər yaxşı yaxalasanız da, o maddələr qabda qalır.

Tədqiqatlar göstərir ki, bir qabın kimyəvi maddələrdən tam təmizlənməsi üçün onu dəfələrlə (bəzən 20-30 litr su ilə) yaxalamaq lazımdır. Əks halda, qurumuş qabın üzərində qalan görünməz təbəqə yemək vasitəsilə birbaşa mədəyə keçir.

1 çay qaşığı ağardıcı vasitənin tamamilə təmizlənməsi üçün 50 litr su lazımdır. Bu isə qabyuyan maşının təxminən 5-10 dəfə işləməsinə bərabərdir. Maşın 20-30 dəfə boş işləsə belə bu maddələr tam təmizlənmir. Onlar qabyuyanın xortum, filter və daxili səthində toplanıb qalır.

Bu maddələr (xüsusilə səthi aktiv maddələr - surfactant) mədənin daxili qatını zədələyə, qastrit və digər həzm problemlərinə yol aça bilər.

Əlcəksiz yuyulan qablar zamanı bu kimyəvi maddələr dəri vasitəsilə qana keçərək allergik reaksiyalara və uzunmüddətli dəri xəstəliklərinə səbəb olur.

Sağlamlığınızı necə qorumalı?

  • Kimyəvi vasitələrin yerinə sirkə və ya karbonat (soda) kimi təbii təmizləyicilərdən istifadə etmək.
  • Qabları axar suyun altında hər zamankından daha uzun müddət saxlamaq.

Maşınlarda yüksək temperatur və bol durulama sistemi əl ilə yumaqdan daha təhlükəsiz hesab olunur (əgər doğru miqdarda vasitə istifadə edilərsə).

Gündəlik həyatımızda "təmizlik" adı altında istifadə etdiyimiz bu maddələr, uzunmüddətli dövrdə bədənimizdə toplanaraq ciddi xroniki xəstəliklərə zəmin yarada bilər. Alış-veriş edərkən tərkibində fosfat və paraben olmayan məhsullara üstünlük vermək tövsiyə olunur.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
34
1
milli.az

10Mənbələr