AZ

Rza Pəhləvi hakimiyyət keçid planınıı elan etdi

1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvi, “İranın Çiçəklənməsi Layihəsi” adlı hakimiyyət keçid planının hazırlandığını elan edib.

Bu plan, mövcud hökumətin devrilməsindən sonra seçkilərin keçirilməsini nəzərdə tutur. Pəhləvinin sözlərinə görə, planın birinci mərhələsi 180 gün müddətinə fövqəladə vəziyyət elan etməyi əhatə edir. O, bu tədbirin “xidmətlərin və təhlükəsizliyin davamlılığını təmin edəcəyini” söyləyib. Sonrakı “sabitləşmə mərhələsi” vacib xidmətlərin göstərilməsini və “iqtisadi inamı” bərpa etməyi nəzərdə tutur. Bunun ardınca milli seçkilər keçiriləcək.

Artıq bir planımız var; boşluq olmayacaq. İllərdir bu an üçün hazırlıq görürük… Bu, mənim rəhbərlik etdiyim bir layihədir və İranın iqtisadi bərpası və beynəlxalq birliyə yenidən inteqrasiyası üçün yol xəritəsini təmsil edir. Artıq həm ölkədən, həm də xaricdən 100-dən çox mütəxəssisimiz var”, – deyə Rza Pəhləvi İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə bildirib.

Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın məzənnəsinin aşağı düşməsi və qiymətlərin kəskin artması səbəbindən başlayıb. Etirazçılar rejim dəyişikliyini və Rza Pəhləvinin hakimiyyətə gəlməsini tələb edirlər.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr