Banco.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Oktyabr ayında ABŞ-da yeni ev satışları gözləntiləri üstələyib.
Banco.az xəbər verir ki, Amerikanın Əhali Siyahıyaalınması Bürosu 2025-ci ilin oktyabr ayına dair yeni mənzil satışları üzrə statistik göstəriciləri açıqlayıb.
Məlumatlara əsasən, ölkədə yeni mənzil satışlarının sayı oktyabr ayında mövsümi təsirlərdən təmizlənmiş göstəricilərlə aylıq əsasda 0,1 faiz azalaraq 737 minə enib. Bazar gözləntiləri isə satışların 1,4 faiz azalaraq 715 min səviyyəsinə düşəcəyi istiqamətində idi.
Digər tərəfdən, yeni mənzillərin median satış qiyməti 392 min 300 dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8 faiz artım deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.