AZ

“Barselona” onu buraxmır: İstəyəni çoxdur

“Barselona” qış transfer pəncərəsində bir sıra təkliflərə baxmayaraq, vinger Runi Bardjinin komandadan ayrılmasına icazə vermir.

Publika.az xəbər verir ki, “Diario Sport”un məlumatına görə, 19 yaşlı futbolçu ilə bağlı “Porto” da maraq göstərib. Bardji hazırda sağ cinahda Lamin Yamalın əvəzedicisi hesab olunur.

İsveçli gənc oyunçu məhdud oyun vaxtı alsa da, özünü müsbət tərəfdən göstərə bilib. Xüsusilə İspaniya Superkubokunun yarımfinalında “Atletik Bilbao”ya qarşı oyunda sərgilədiyi performans diqqət çəkib.

Baş məşqçi Hansi Flik Runinin potensialına tam güvənir və onu gələcək planlarının vacib hissəsi kimi görür.

Seçilən
35
10
publika.az

10Mənbələr