AZ

Sumqayıta işləyən bu avtobuslarda gediş haqqı artırılırVİDEO

Bakıdan Sumqayıta işləyən ekspress avtobuslarda gediş haqqı artırılır.

Xezerxeber.az xəbər verir ki, şənbə günündən etibarən bu istiqamətdə fəaliyyət göstərən avtobuslarda gediş haqqı 90 qəpik olacaq. Əvvəl isə qiymət 80 qəpik idi.

Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ekspres avtobuslar hazırda alternativ marşurut olaraq faəliyyət göstərir.

Qurumdan o da bildirilib ki, həmin istiqamətdə fəaliyyət göstərən digər iki yeni yaradılmış marşurut xəttində isə qiymətlər köhnə tariflə hesablancaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
22
xezerxeber.az

1Mənbələr