AZ

"Real"ın məşqçilər heyəti müəyyənləşdi

style='margin-bottom:10px;'>

"Real"ın yeni baş məşqçisi Alvaro Arbeloanın köməkçiləri müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Xulian Karmona, Kevin Kardeyro və Rikardo da Silva Arbeloanın köməkçi məşqçiləri təyin olunublar. Onların hər üçü, o cümlədən fiziki hazırlıq üzrə mütəxəssis olan da Silva "Kastilya"da baş məşqçi ilə birgə işləyib. Texniki analitik vəzifəsi isə yenə gənclər komandasından gələn Frensis Sançesə tapşırılıb.

Qeyd edək ki, "kral klubu"nda diqqətçəkən digər geri dönüş də yaşanıb. Belə ki, Antonio Pintus yenidən komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə qayıdıb. Qapıçıların hazırlığı isə Luis Llopisə həvalə edilib.

Seçilən
111
5
teleqraf.com

10Mənbələr