Bakı. Trend:
"Benfika"nın müdafiəçisi David Yuraşek karyerasını ölkəsindədavam etdirəcək.
Trend xəbər verir ki,"Slaviya" çexiyalı futbolçunu transfer edib. Bu barədə klubunmətbuat xidməti məlumat yayıb.
Praqa təmsilçisi Yuraşek üçün Portuqaliya klubuna 3 milyon avrotəzminat ödəyib. 25 yaşlı sol cinah müdafiəçisi "Slaviya" ilə2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, David Yuraşek mövsümün ilk yarısında icarəəsasında "Beşiktaş"da çıxış edib. Çexiya millisinin üzvü İstanbulnəhənginin heyətində 17 rəsmi matçda meydana çıxıb.