AZ

Heç bir yerdə işləməyən və gəliri olmayanlar da kredit götürə biləcək - ŞƏRT BUDUR

Azərbaycanda gəliri olmayan şəxslərə kredit verilməsi məsələsi tez-tez müzakirə olunur. Maraqlıdır, gəliri olmayan şəxslərə yalnız limitli kreditlər verilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, gəliri olmayan şəxslərə kredit verilməsi bank məntiqinə ziddir:


“Gəliri olmayan şəxs kredit götürdüyü pulu haradan qaytaracaq? Həm rəsmi, həm də qeyri-rəsmi gəliri yoxdursa, ona kredit verilə bilməz.”

Ekspertin sözlərinə görə, Azərbaycanda rəsmi gəliri olmasa da, qeyri-rəsmi gəlir əldə edən kifayət qədər insan var. Lakin banklar bu gəlirləri sənədləşdirə bilmədiyi üçün həmin şəxslərə kredit ayırmaqda çətinlik çəkirlər.

Ə. Həsənov qeyd edib ki, bu boşluğu əsasən bank olmayan kredit təşkilatları (BOKT-lar), lombardlar və fərdi borc verənlər doldurur:

“BOKT-lar və lombardlar qeyri-rəsmi gəliri olan şəxslərə müəyyən şərtlərlə kredit verə bilirlər. Bu isə daha çox qeyri-rəsmi yollarla həyata keçirilir və risklər də kifayət qədər yüksək olur.”

Ekspert vurğulayıb ki, gəliri olmayan şəxslərə yalnız limitli və ya alternativ mexanizmlərlə kredit verilməsi məsələsi gündəmə gələ bilər, lakin bu halda da risklərin idarə olunması əsas şərt olaraq qalır.

Aynurə İsmayıl


Seçilən
19
1
azia.az

2Mənbələr