AZ

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Qaradağ rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Qaradağ rayonu, Qobustan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 14 yanvar saat 10:00-dan etibarən P.Abbasov küçəsinin qaz təchizatı dayandırılacaq", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Seçilən
71
13
yenisabah.az

10Mənbələr