Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşqtoplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununukeçirib.
Trend xəbərverir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Misirin"Piramids" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablıbərabərliklə başa çatıb.
Bakı təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.Afrika Çempionlar Liqasının hazırkı qalibi olan "Piramidis"inqoluna isə 16-cı dəqiqədə Everton imza atıb.
Qeyd edək ki, "Neftçi" Əbu-Dabidə keçirdiyi ilk hazırlıqmatçında "Karyat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gəlib."Ağ-qaralar" son oyununu yanvarın 16-da Çinin "Çenqdu Ronqçenq"klubuna qarşı keçirəcək.