AZ

Dünya Bankı qlobal iqtisadi artım proqnozlarını artırıb



Dünya Bankı qlobal iqtisadi artım proqnozlarını bu il üçün 2,4 faizdən 2,6 faizə, gələn il üçün isə 2,6 faizdən 2,7 faizə qaldırıb.
Bank Qlobal İqtisadi Perspektivlər Hesabatının yanvar sayını dərc edib.

Hesabatda bildirilir ki, davam edən ticarət gərginliyi və siyasət qeyri-müəyyənliyinə baxmayaraq, qlobal iqtisadiyyat gözləniləndən daha dayanıqlı olub.

Hesabatda qlobal iqtisadi artımın növbəti iki il ərzində ümumilikdə sabit qalacağı, artımın 2026-cı ildə 2,6 faizə qədər yavaşlayacağı və 2025-ci ildə proqnozlaşdırılan 2,7 faizlik artımdan sonra 2027-ci ildə 2,7 faizə qədər yüksələcəyi gözlənilir.

Dünya Bankı iyun ayı proqnozunda qlobal iqtisadi artımın bu il 2,4 faiz, gələn il isə 2,6 faiz olacağını proqnozlaşdırmışdı.Hesabatda qeyd olunur ki, qlobal iqtisadiyyatın dayanıqlığı, xüsusən də ABŞ-da gözləniləndən daha yaxşı artımda əks olunur və bu, 2026-cı il proqnozundakı yuxarı istiqamətli düzəlişin təxminən üçdə ikisini təşkil edir. Bununla belə, həmçinin bildirilir ki, əgər bu proqnozlar doğru olarsa, 2020-ci illər 1960-cı illərdən bəri qlobal artım üçün ən zəif onillik olacaq.

Hesabatda həmçinin qeyd olunur ki, əmək bazarlarının zəifləməsi və enerji qiymətlərinin düşməsi səbəbindən qlobal inflyasiyanın 2026-cı ildə 2,6 faizə düşəcəyi proqnozlaşdırılır.

aia.az
Tərcümə şöbəsi



Seçilən
26
1
aia.az

2Mənbələr